SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Valeh Ələsgərovla deputat Fəzail Ağamalı duelə çıxdı

14-11-2018, 19:09 | Oxunub: 9 965 |

Valeh Ələsgərovla deputat Fəzail Ağamalı duelə çıxdı

Milli Məclisdə parlament sədrinin müavini Valeh Ələsgərovla deputat Fəzail Ağamalı arasında söz dueli yaşandı.

Emtv.az xəbər verir ki, parlamentdə büdcə müzakirləri zamanı çıxış edən vitse-spiker Valeh Ələsgərov büdcə müzakirləri zamanı çıxışında deputatların səsləndirdiyi təkliflərə reaksiya verib.

“Burada elə danışırlar ki, guya biz milləti sevirik, ancaq hökumət üzvləri yox. Onlar xalqı düşünmür? Əgər verdiyiniz təkliflərin maliyyə mənbəyini bilirsinizsə, deyin, biz də bilək. Bəlkə onlar bilmir?! Düzdür, burada bir sıra təkliflər verildi, İslahatlar yolu ilə gəlir əldə etməyi təklif edir. Amma islahatlar hansı sahələrdə aparılmasını da izah etmək lazımdır. Onlardan əldə olunacaq gəlirin mənbəyini də göstərin. Ancaq dövlətdən onu artır, bunu artır deməklə məsələ həll olunmur”- Valeh Ələsgərov bildirib. Deputat Fəzail Ağamalı isə yerindən Ələsgərova reaksiya verərək, qaldırdığı təklifin mənbəyini konkret olaraq göstərdiyini bildirib: “Mən dedim haradan əldə etmək olar”.


Sevinc Əlimova,
Emtv.az







Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR