SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

BMT Təhlükəsizlik Şurası təcili toplandı

14-11-2018, 16:31 | Oxunub: 11 351 |

BMT Təhlükəsizlik Şurası təcili toplandı
BMT Təhlükəsizlik Şurası İsrailin Qəzzaya yönəlik hücumlarının ardından bölgədə zorakılıq və gərginliyin artması ilə əlaqədar təcili toplanıb.

Emtv.az xəbər verir ki, Küveyt və Boliviyanın tələbi ilə hazırda Şuranın qapalı toplantısı keçirilir.

Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre toplantıdan öncə jurnalistlərə verdiyi açıqlamada, Qəzzadakı vəziyyətin narahatedici olduğunu və 2014-ci ildən bəri belə bir şiddətli hadisənin görülmədiyini vurğulayıb.

O, həmçinin bildirib ki, Fransa “Həmas”ın İsrail vətəndaşlarını hədəf alan raket hücumlarını da qınayır: “Amma fələstinlilərə qarşı nisbətsiz güc tətbiqi dayanmalıdır. İsrailin təhlükəsizliyi müzakirə mövzusu olsa belə, yenə bərabər olmayan gücdən istifadə edilə bilməz. Tərəflər gərginliyin artmasından qaçmalıdır”.

Diplomatik mənbələr toplantıda Qəzzadakı böhranın necə həll ediləcəyinə dair bir razılığın hələlik əldə edilə bilmədiyini bildiriblər.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur ABŞ-ı tənqid edib: “BMT Təhlükəsizlik Şurasının qapısını, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məsuliyyətini yerinə yetirənədək döyməyə davam edəcəyik”.

Küveytin BMT-dəki daimi nümayəndəsi Mansour əl-Otaibi İsrailin hücumlarını pisləyərək, Qəzzada getdikcə ağırlaşan humanitar vəziyyətə diqqət çəkib. “Üfüqdə sülh görünmür”, – deyə Küveyt təmsilçisi bəyan edib.

Boliviyanın BMT-dəki daimi nümayəndəsi Sacha Sergio Llorentty Soluq ida ABŞ-ı hədəf alıb: “Artıq iki ildir ki, ABŞ-ın sözdə Yaxın Şərqdə sülh planının həyata keçəcəyini gözləyirik. Amma nəticə yoxdur. Həqiqi bir vasitəçiyə ehtiyac var”.

Qeyd edək ki, İsrail qırıcıları daha əvvəlki hücumlarında, aralarında “Əl-Əksa” televiziyasının da olduğu 6 binanı darmadağın edib. Baş verənlər nəticəsində hər iki tərəfdən həlak olanlar və yaralananlar var.

Yaşanan gərginliklə bağlı İsrail tərəfdən də açıqlama verilib. Bildirilib ki, Qəzzadan atılan raketlər 30 israillinin xəsarət almasına səbəb olub. Bundan başqa, bildirilib ki, Aşkelon bölgəsində bir binaya tuş gələn raket zərbəsi nəticəsində 1 İsrail vətəndaşı həyatını itirib, digəri ağır yaralanıb.

Xumar Rəsulova
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR