SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır"

14-11-2018, 14:00 | Oxunub: 1857 |

"Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır"
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi və icmal büdcəsi mövcud qanunvericiliyin bütün tələblərinə cavab verir.

Emtv.az yerli mənbələrı istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

B.Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və bu, ictimai həyatın bütün sahələrində bu hiss olunur: "Büdcəmizin sosial, eyni zamanda investisiya yönümlü olması ölkənin iqtisadi potensialını daha da artırır, bir tərəfdən işçi qüvvəsinin, digər tərəfdən isə istehsal sahələrinin genişlənməsinə, irimiqyaslı milli layihələrin gerçəkləşdirilməsinə imkan yaradır. İnanıram ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox uğurlu siyasət nəticəsində növbəti illərdə də büdcəmiz artacaq və əhalinin sosial rifahı yaxşılaşacaq".


Deputat qeyd edib ki, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu çox sürətlə gedir, vətəndaş cəmiyyəti oturuşub: "Amma yenə də Azərbaycana qarşı müəyyən təhdidlər var. Hesab edirəm ki, bu gün vətəndaş cəmiyyətinin inkişafında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti təqdirəlayiqdir və bu istiqamətdə QHT-lərin fəaliyyəti öz müsbət nəticələrini verib.

Hesab edirəm ki, büdcədə gələcəkdə QHT-lərin maliyyələşməsi, maarifləndirmə işlərinin gücləndirilməsi, eyni zamanda beynəlxalq tədbirlərin keçirilməsi və xarici ölkələrdəki QHT-lərlə əməkdaşlıq çərçivəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyəti davam etdirmək üçün maliyyə vəsaitinin ayrılmasına böyük ehtiyac var".

B.Əliyev, həmçinin bildirib ki, istənilən bir ölkənin gücü, potensialı onun elmi və təhsili ilə ölçülür: "Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında çox böyük islahatlar gedir. Bu islahatların davamlı olması üçün təbii ki, ilkin mərhələdə böyük maliyyə dəstəyinə ehtiyac var. Hesab edirəm ki, Azərbaycan elmə və təhsilə də investisiya qoymağa başlamalıdır.Bu baxımdan da növbəti ilin büdcəsində investisiya istiqamətində Azərbaycan elminin inkişafı üçün konkret danışıqların aparılması və AMEA-ya investisiya istiqamətində ən azı ilkin mərhələdə 50 milyon manat vəsait ayrılması Azərbaycan elminin inkişafına, iqtisadiyyatın güclənməsinə böyük töhfə verəcək".

Xumar Rəsulova
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR