SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ABŞ bir qərarı ilə nefti qiyməti sürətlə düşür

13-11-2018, 17:05 | Oxunub: 8 284 |

ABŞ bir qərarı ilə nefti qiyməti sürətlə düşür

“Öncədən proqnozlaşdırığımız kimi, Brent markalı neftiin bir bareli hazırda 70 dollarlıq psixoloji həddindən aşağı təklif edir. Birjalarda “qara qızıl”ın hər barelinə 69.40 dollar ödənilir. Şist neftinin hasilatının artıran ABŞ gündəlik 12 milyon bareldən çox hasilat ilə dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib”.

Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın növbəti 6 ayda İran neftinin ixracatına tətbiq edilən sanksiyalarda 8 ölkəyə yaşıl işıq yandırması neft bazarında qiymətlərə birbaşa təsir göstərdi.

V.Bayramov qeyd edib ki, ABŞ prezidenti bu addımı neftin dünya bazar qiymətindəki potensial artımların qarşısının alınması üçün etdiyini bildirib: “Nümayəndələr Palatasında üstünlük əldə edən demokratlar da yüksək neft qiymətlərində heç zaman maraqlı olmayıblar. Bu arada analtik Jim Cramer CNBC kanalına müsahibəsində Texas markalı neftin hər barelinin qiymətinin 40, Brent markalı qara qızılın qiymətinin 50 dollaradək düşə biləcəyini deyib. Rusiya ilə yanaşı bir sıra digər ölkələrdə də neft hasilatının artması müşahidə edilir.

Çin birjası isə bahalı neft siyasətinə artıq reaksiyasını göstərib. Bütün bunlar ondan xəbər verir ki, artıq neft ölkələri üçün bum dövrü geridə qalıb. Parisdə yerləşən Beynəlxalq Enerji Akademiyasının rəhbəri yeni şoklardan yayınmaq üçün neft ölkələrini qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmağa çağırıb”.

V.Bayramov bildirir ki, elektrik avtomobillərinin qlobal bazarda möhkəmlənməsi faktı nəzərə alınmaqla bu gün dünya neft bazarındakı dəyişikliklər məhz yüksək neft qiymətlərində qlobal güclərin maraqları olmadığından xəbər verir: “Səudiyyə Ərəbistanın neft hasilatının azaldılması ilə bağlı çağrışı da hətta tərəfdaşları tərəfindən də tam dəstək qazana bilmir. Hər hansı ciddi siyasi faktorlar olmaza, o zaman 2019-cu ildə də yüksək neft qiymətləri sadəcə istək olacaq. Bu isə o deməkdir ki, neft ölkələrində yaxın gələcəkdə potensial xarici şokları yalnız qeyri-neft sektorunun inkişafı balanslaşdıra bilər”.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR