SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda 1,3 milyard manatı belə məhv etdilər

12-11-2018, 17:36 | Oxunub: 8 363 |

Azərbaycanda 1,3 milyard manatı belə məhv etdilər

2017-ci il ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatı tam həcmdə, tələb olunan strukturda və vaxtında ödənilib.

Emtv.az Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün illik hesabatına istinadən xəbər verir ki, hesabat ilində Mərkəzi Banka dövriyyədən 7,8 mlrd. manat və ya 376 mln. ədəd pul nişanı mədaxil olunub, 9 mlrd. manat və ya 452 mln. ədəd pul nişanı isə məxaric olunub.

Ümumilikdə, il ərzində tədavüldə pul kütləsi 1,2 mlrd. manat (17%) artaraq hesabat dövrünün sonuna 8 mlrd. manat təşkil edib. Ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və tələb olunan strukturda ödənilməsi üçün Mərkəzi Bank tərəfindən 410,7 mln. manat həcmində kağız və metal pul nişanlarının istehsal olunaraq ölkəyə gətirilməsi təmin olunub. Tədavülə buraxıldığı 12 il müddətində iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi davamlı olaraq artıb və 2017-cı ilin sonuna 90%-i ötüb.

“Beynəlxalq təcrübədə tədavüldə iri nominallı pul nişanlarının xüsusi çəkisi 75%-dən yuxarı olduqda mərkəzi banklar tərəfindən dövriyyəyə daha iri nominallı pul nişanlarının buraxılması nəzərdən keçirilir. Bununla əlaqədar hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdə müvafiq qiymətləndirmələrin aparılmasına başlanılıb. Dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunmuş “Tədavüldə təmiz pul siyasəti” davam etdirilib”, – məlumatda vurğulanıb.

Hesabatda qeyd olunub ki, il ərzində Mərkəzi Bankda yaradılmış “Əhaliyə xidmət kassaları” vasitəsilə 7,7 mln. manat tədavülə yararsız pul nişanının dəyişdirilməsi və eləcə də tədavüldən qayıtmış pul nişanlarının emal edilməsi təmin edilib, tədavülə yararsız 1,4 mlrd. manat (92 mln. ədəd) həcmində pul nişanı dövriyyədən çıxarılıb: “Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış məhvetmə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2017-ci il ərzində tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesləri davam etdirilib və dövr ərzində 1,3 mlrd. manat həcmində yararsız pul nişanlarının məhv edilməsi təmin olunub”.

Aysu Əliyeva,
Emtv.az

Paylaş,

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR