17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Millimizin üzvünün ürəyində problem aşkarlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Barış Əkinciərin səhhətində problem aşkarlanıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Almaniyanın “Bohum” klubunun gənclərdən ibarət komandasında forma geyinən futbolçunun ürəyində problem olduğu üzə çıxıb.
19 yaşlı futbolçu xəstəliyinə görə uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Yaxın günlərdə ürəyindən əməliyyat olunacaq gənc futbolçu üçün bu mövsüm artıq başa çatıb.
Onun hansı müddətə bərpa olunacağı və yaşıl sahələrə qayıdacağı dəqiq bilinmir.
Həkimlər bunun üçün əməliyyatın baş tutmasını və ondan sonrakı prosesləri gözləməyi lazım biliblər.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamıza müntəzəm olaraq dəvət alan Əkinciər ötən ildə “Bohum”da çıxış edir. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.
Xumar Rəsulova
Emtv.az
Paylaş.