SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ağdamın deputatı "Gülümsərov" rolunda: dissertantdan şok ittihamlar

9-11-2018, 16:29 | Oxunub: 72 |

Ağdamın deputatı "Gülümsərov" rolunda: dissertantdan şok ittihamlar

Ağdamın deputatı Bəxtiyar Əliyevi "Ulduz" filmindəki "Gülümsərov" obrazında görmək olar

Emtv.az yerli KİV-ə xəbər verir ki, millət vəkili elm yolunda çoxlu qurbanlar verib.

Onlardan biri - Azərbaycan Dillər Universitetinin dissertantı, psixologiya kafedrasının baş müəllimi Haqverdiyeva Könül Məmməd qızıdır.

K.Haqverdiyeva tezadlar.az-a müsahibəsində deputatın ona necə elmi badalaq vurmasının təfərrüatını danışıb.

Kafedranın baş müəllimi bildirib ki, prezident İlham Əliyev, 1-ci Vitse-Prezident Mehriban Əliyeva BDU-nun psixologiya kafedrasının müdiri, deputat, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin saxtakar əməllərindən agah olmalıdır.

Sitat: "Mən Ağdam rayonundan olan, qəlbi torpaq nisgilli xanımla, elm adamı olan həmyerlisi ilə intriqa aparan, təmənna uman Ağdamın deputatı olan, amma deputatlığından əsər-əlamət olmayan Bəxtiyar Əliyevin hərəkətlərindən dərin təəssüf hissi keçirirəm.

Mən özüm Bəxtiyar Əliyevin namizədlik dissertasiyasının referatını oxumaq istəmişəm. Heç bir yerdə yoxdur. Niyə? Nə baş verib?

Belə şübhəli elm arxivinə malik bir adam mənimlə niyə intriqa aparmalıdır? O, nə istəyir? Və bu əməlləri ilə nə demək istəyir?"

K.Haqverdiyeva ".F.Axundovun əsərlərində şəxsiyyətin sosial-psixoloji xususiyyətləri” mövzusunda elmi işinin müdafiəsinə Bəxtiyar Əliyevin problem yaratmasından söhbət açıb.

Sayt anons edib ki, onun sənədləri, audio yazıları tezliklə yayımlanacaq. Onun haqqında internet resurslarında da xoşagəlməz məlumatlara rast gəlinir.

Bəxtiyar Əliyevin ən zəif yeri isə Ağdamda daxil olmaqla ətraf rayonlara satdığı saxta diplomlar olduğu göstərilir.

Belə ki, vaxtı ilə ölkə miqyasında ən çox saxta diplom satanlardan biri olan Bəxtiyar Əliyev həmçinin tələbə köçürülmələriinin də «xaç atalarından biri hesab olunur.

Bəxtiyar Əliyevin vaxtı ilə Sankt-Peterburq Xarici Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı fililını yaradaraq ona rəhbərlik edib.

Həmin illərdə millət vəkili 7 minə yaxın tələbəyə saxta diplom verdiyi iddia olunur. Universitet isə millət vəkilinin iki otaqlı mənzilində yerləşib.

118 saylı Ağdam şəhər seçki dairəsindən millət vəkili seçilmiş Bəxtiyar Əliyevi tapa bilməməkdən şikayətlənirlər.

Şəhər sakinləri bildirirlər ki, millət vəkilinin təmsil etdiyi seçicilərinin bir sıra sosial problemlər var. Narazı seçicilərin sözlərinə görə, səsləri sayəsində deputat mandatı daşıyan Bəxtiyar Əliyev onların problemləri ilə maraqlanmır.

Təhsil Nazirliyi bir çox rayonlarda, xüsusən Qarabağ rayonlarında müəllim işləyən xeyli şəxslərin diplomlarını yoxlayan zaman xeyli sayda diplom saxta çıxıb. Saxta çıxan diplomların çox hissəsi isə Bəxtiyar Əliyevin “məzunları” olub.

Millət vəkili bütün gücü ilə dövlət qurumlaırnda çalışan məzunlarının saxta diplomlarının üzə çıxmamasına çalışır. Çünki diplomu saxta çıxan vətəndaş ilk növbədə Bəxtiyar Əliyevi günahkar çıxardaraq, ondna şikayətçi olacaq. Bu isə Milli Məclisin Elm və Təhsil Komisiyasının sədr müavini üçün arzuolunmaz bir haldır.

Azmedia.info yazmışdı ki, bununla belə rəqiblərinin Bəxtiyar Əliyev üçün bəzi surpirizlər hazırladığı iddia edilir. Həmin surpiriz isə millət vəkilinin Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Yevlax, Beyləqan, Füzuli və bir çox rayon sakinlərinə verdiyi saxta diplomlardır.

Millət vəkilinin saxta diplomla təmin etdiyi şəxslər adını çəkdiyimiz rayonlarda dövlət qurumlarında yüksək vəzifə sahibləridir.

Deputatın həm Haqverdiyevanın dedikləri, həm saxta diplom iddiaları ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Seymur Rəhimov
Emtv.az

Paylaş:
Ağdamın deputatı "Gülümsərov" rolunda: dissertantdan şok ittihamlar






















xeberci.info

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR