SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Sərxoş sürücü Sənqaçalda ağır qəza törətdi

9-11-2018, 15:33 | Oxunub: 74 |

Sərxoş sürücü Sənqaçalda ağır qəza törətdi

Bakı - Astara yolunun Sənqaçal (Qaradağ rayonu) qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən “Mersedes” markalı minik avtomobili “Volvo” yük avtomobilinə çırpılıb.

Nəticədə “Volvo” yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 3 nəfər, o cümlədən hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə gələn polis əməkdaşlarının sözlərinə görə, “Mersedes”in sürücüsü sərxoş vəziyyətdə olub.

Faktla bağlı texniki ekspertiza aparılır.

İsmayil İsmayilov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR