SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Gözəllik salonlarından oğurluq edən qadın tutuldu

9-11-2018, 15:30 | Oxunub: 75 |

Gözəllik salonlarından oğurluq edən qadın tutuldu

Gözəllik salonlarından və qadınların çox olduğu məkanlardan oğurluq edən şəxs saxlanılıb.

Emtv.az xəbər verir ki, daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail rayonunda yerləşən gözəllik salonlarının birində orada müştəri olan qadının çantasından 9000 manat naməlum şəraitdə oğurlanıb.

Zərərçəkən bu barədə Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verən kimi oğurluq edən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb və o, ifadəsində oğurluq etdiyini etiraf edib.

Saxlanılan şəxsin paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluq etdiyi məlum olub. Qeyd edək ki, G.Novruzova qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq orada digər şəxslərin şəxsi əşyalarını və pullarını qanunsuz olaraq ələ keçirib.

Qeyd olunan faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seymur Rəhimov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR