SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Avstraliyada naməlum şəxs bıçaqla kütləyə hücum edib, ölən və yaralanan var

9-11-2018, 15:19 | Oxunub: 64 |

Avstraliyada naməlum şəxs bıçaqla kütləyə hücum edib, ölən və yaralanan var

Avstraliyanın Melburn şəhərində naməlum şəxs bıçaqla polislərə hücum edib.

Emtv.az xəbər verir ki, hadisədən əvvəl bir avtomobil ticarət mərkəzinin binasına çırpılıb, daha sonra isə alışmağa başlayıb.

Yanğın on dəqiqə ərzində söndürülb. Hadisə yerinə polis və fövqəladə qurumlar əməkdaşları cəlb olunub.

Bundan sonra naməlum şəxs polis zabitinə bıçaq çəkib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər bıçaq xəsarəti alıb, təqsirkar saxlanılıb.

Bıçaqlı şəxsin və daha bir nəfərin xəstəxanaya çatdırıldığı, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin terrorla heç bir əlaqəsinin olmadığı vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.

İsmayil İsmayilov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR