SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biridir" - FOTO

9-11-2018, 13:06 | Oxunub: 7 606 |

Prezident İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biridir" - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Emtv.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında möhkəm tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji və müdafiə sahələrini əhatə etdiyini dedi və uzun tarixə malik əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafında rolunu qeyd etdi. Dövlətimizin başçısı Əfqanıstanda ölkələrimizin beynəlxalq sülh və sabitliyə töhfə verdiklərini bildirərək, Azərbaycanın bu ölkədə sülhməramlı əməliyyatlarda iştirak edən ilk dövlətlərdən biri olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanın orada iştirak edən əsgərlərinin sayının bu yaxınlarda daha da artırıldığını və Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfələrinin, NATO ölkələrinə göstərdiyi nəqliyyat-logistika dəstəyinin NATO üzv dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

Bu baxımdan dövlətimizin başçısı NATO mənzil-qərargahına son səfərini və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasındakı çıxışını xatırlayaraq, orada əməkdaşlığımızın səviyyəsinə böyük önəm verildiyinin şahidi olduğunu qeyd etdi. Əfqanıstanla ikitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı qeyd etdi ki, bu münasibətlər böyük önəm daşıyır və ölkəmiz Əfqanıstan hökumətinə müxtəlif sahələrdə öz yardım və dəstəyini göstərir. Bu baxımdan Prezident İlham Əliyev Əfqanıstanda sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə keçən il ölkəmizin "Asiyanın Qəlbi-İstanbul Prosesi" çərçivəsində yüksək səviyyəli tədbirə ev sahibliyini etdiyini bildirdi.

Azərbaycanda nəqliyyat infrastrukturu, o cümlədən avtomobil və dəmir yolları, hava və dəniz limanlarına böyük həcmdə investisiya qoyulduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biri olduğunu dedi.

Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını bildirdi.

ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyons, ilk növbədə, dövlətimizin başçısına Bayraq Günü münasibətilə öz təbriklərini çatdırdı. O bildirdi ki, Azərbaycan ilə ABŞ arasında strateji əlaqələr çox böyük önəm daşıyır. Stefen Lyons Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına nəqliyyat sahəsinə böyük dəstək verdiyini və bunun yüksək qiymətləndirildiyini bildirdi. O, Əfqanıstanda xidmət etmiş hərbçi kimi Azərbaycanın bu ölkədə yüksək səviyyədə həyata keçirtdiyi işlərin şahidi olduğunu dedi.

İsmayil İsmayilov
Emtv.az

Paylaş:
Prezident İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biridir" - FOTO
Prezident İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biridir" - FOTO
Prezident İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biridir" - FOTO
Prezident İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biridir" - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR