SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Maşının inəyi vurması nəticəsində 3 nəfər yaralanıb

9-11-2018, 12:40 | Oxunub: 66 |

Maşının inəyi vurması nəticəsində 3 nəfər yaralanıb

Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, rayonun Ləki-Pirəyir yolu ilə hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qarşısına çıxan iribuynuzlu heyvanı vurub.

Nəticədə Kotavan kənd sakinləri - sürücü Xəyal Şıxaliyev, atası Şıxaliyev Məhəmməd Zeynal oğlu və yaxın qohumu Əfsanə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan M.Şıxaliyevin vəziyyəti ağırdır.

Bu səbəbdən onun paytaxt klinikalarından birinə göndərilməsi qərara alınıb.

Faktla bağlı araşdırma aparılır.

Seymur Rəhimov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR