SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Azərkosmos”un yığılmış zərəri 308 milyon manatı keçib

9-11-2018, 12:37 | Oxunub: 8 963 |

“Azərkosmos”un yığılmış zərəri 308 milyon manatı keçib
"Azərkosmos" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 676,223 mln. manat təşkil edib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15% çoxdur.

2017-ci ildə "Azərkosmos"un cəmi öhdəlikləri 8,7% artaraq 811,772 mln. manata çatıb, cəmi kapitalındakı çatışmazlıq isə 14,6% azalaraq 135,549 mln. manata düşüb. Qeyd edək ki, əvvəlki il olduğu kimi, ötən il də şirkətin öhdəlikləri aktivlərini üstələyib.

2017-ci ildə "Azərkosmos"un satışdan gəlirləri 37,087 mln. manat (32,4% çox), xidmətlərinin maya dəyəri 33,727 mln. manat (10,5% çox), ümumi və inzibati xərcləri 8,248 mln. manat (27,2% çox), maliyyə xərcləri 13,808 mln. manat (83,8% az), maliyyə gəlirləri 5,205 mln. manat (0,2% az), digər xərcləri 2,608 mln. manat (bundan əvvəl gəlir olub) təşkil edib.

Son nəticədə "Azərkosmos" ötən ili 16,098 mln. manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 5 dəfə azdır. Bununla belə, şirkətin yığılmış zərəri 5,5% artaraq 308,154 mln. manat olub.

Xatırladaq ki, "Azərkosmos" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 63 610,6 min manatdır.

Xumar Rəsulova
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR