SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

6 yaşlı uşaq şəhərdə FÖVQƏLADƏ VƏZİYYƏT yaratdı: əlində qumbara ilə...

9-11-2018, 12:27 | Oxunub: 52 |

6 yaşlı uşaq şəhərdə FÖVQƏLADƏ VƏZİYYƏT yaratdı: əlində qumbara ilə...

Rusiyanın Çerkaski şəhərinin küçələrində əlində qumbara ilə gəzən azyaşlı bütün şəhəri ayağa qaldırıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, "Pro" nəşrinə Çerkaski vilayətinin patrul polisinin idarəsindən verilən məlumata görə, şəhərin meydanlarından birində qumbara ilə gəzən uşağı görənlər polisə məlumat veriblər.

Qeyd edilir ki, hadisə yerinə gələn polislər əldə qumbara ilə 6 yaşlı uşağı görüblər. Oğlan həmin şəhərdə yaşadığını, qumbaranı isə ona sinif yoldaşının verdiyini deyib.

Polis uşağı nənəsinə təhvil verib. Hadisə yerinə həmçinin müstəntiqlər gəliblər. Hazırda hadisənin bütün şəraiti müəyyənləşdirilir.

İsmayil İsmayilov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR