SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan UEFA reytinqində irəlilədi

9-11-2018, 12:20 | Oxunub: 52 |

Azərbaycan UEFA reytinqində irəlilədi
Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, aktivindəki xallarının sayını 19,000-ə çatdıraraq bir pillə irəliləyən Azərbaycan 26-cı pilləyə yüksəlib.

Bu, "Qarabağ"ın IV turda Ukraynada "Vorskla" üzərində 1:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Aktivinə 0,500 xal əlavə edən Azərbaycan 26-cı pillədə yer alsa da, daha yuxarı pilləyə də irəliləmək imkanına malikdir. 19,250 xalla 25-ci yerdə qərarlaşan Polşanın avrokuboklarda təmsilçisi qalmayıb.

Bu isə o deməkdir ki, "Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində növbəti xallarını qazana bilsə, bu ölkəni də geridə qoyacaq.

Rəsulova Xumar
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR