SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Minlərlə amerikalı Trampa etiraz edir

9-11-2018, 11:45 | Oxunub: 46 |

Minlərlə amerikalı Trampa etiraz edir

ABŞ-da prezident Donald Trampa qarşı növbəti etirazlar keçirilir.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, nümayişlərə səbəb ötən Trampın Baş Prokuror Ceff Seşşınzı vəzifəsindən azad etməsidir.

Seşşınz Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsindəki mövqeyinə görə vəzifəsindən kənarlaşdırılıb. Aksiya iştirakçıları Trampdan hakim Robert Müllerə Rusiya məsələsini araşdırmağa icazə verməyi tələb edib. Nyu-Yorkun "Times" meydanına toplaşan minlərlə insan "Konstitusiyanı qoruyun", "Mülleri qoruyun", "Tramp hüquqdan üstün deyil", "Tramp Putinin oyuncağıdır" kimi şüarlar səsləndiriblər. İnsanlar həmçinin Trampla mübahisə etdiyi üçün Ağ Evə buraxılmayan CNN jurnalisti Cim Akostaya dəstək fikirləri səsləndiriblər.

İsmayil İsmayilov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR