SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bu gün yağan güclü yağış Bakıda qəzalara səbəb olub

8-11-2018, 17:22 | Oxunub: 86 |

Bu gün yağan güclü yağış Bakıda qəzalara səbəb olub

Yağışlı hava şəraiti ilə əlaqədar gecə saatlarında paytaxt ərazisində üç yol-nəqliyyat hadisəsi baş verib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, sürücülər kəskin hava şəraitini nəzərə alaraq, sürəti artırdıqları üçün qəzalar qeydə alınıb:

“Paytaxtın müxtəlif istiqamətlərində maddi zərərlə nəticələnən üç yol nəqliyyat hadisəsi baş verib: iki nəqliyyat vasitəsinin toqquşması və bir də avtomobilin yüksək sürət səbəbindən yol kənarındakı manelərə çırpılması. Qəza nəticəsində ölüm faktı qeydə alınmayıb”.

İsmayil İsmayilov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR