SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda dəhşətli yanğın - Ölən var

8-11-2018, 16:56 | Oxunub: 86 |

Bakıda dəhşətli yanğın - Ölən var

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə kül olub, digər otağın əşyaları isə qismən yanıb.

Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seymur Rəhimov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR