SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda yağış sürət həddini endirdi

8-11-2018, 09:57 | Oxunub: 73 |

Bakıda yağış sürət həddini endirdi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Emtv.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin yaydığı xəbərə görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edilir.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edilir.

Onu da bildirək ki, yağışlı hava ilə əlaqədar paytaxtın əksər yollarında tıxac və nəqliyyat sıxlığı yaranıb.

Xumar Rəsulova
Emtv.az
Paylaş

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR