SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Dünyada beynəlxalq sanksiyalar müharibəsi gedir”

7-11-2018, 21:34 | Oxunub: 50 |

“Dünyada beynəlxalq sanksiyalar müharibəsi gedir”

Azərbaycanın büdcə layihəsi sosial yönümlü hesab edilsə də, bunu eyni zamanda, beynəlxalq yönümlü bir büdcə layihəsi də hesab etmək olar.

Emtv.az xəbər verir ki, bunu parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün beynəlxlaq aləmdə baş verən proseslərə diqqət yetirmək kifayətdir.

“Bu gün dünyada beynəlxalq sanksiyalar müharibəsi gedir və biz də buna şahidlik edirik. Lakin buna baxmayaraq, Azərbaycan bu beynəlxalq sanksiyalar müharibəsi sistemindən kənarda qalıb. Azərbaycana hər hansı beynəlxalq sanksiyalar tətbiq olunmayıb. Bu Azərbaycanın düzgün xarici siyasət yürütməsinin nəticəsidir. Məhz bu siyasətin nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutub və belə sanksiyalardan kənarda qalıb”-komitə sədri deyib.

Komitə sədri deyib ki, büdcə beynəxalqyönmülü olduğundan daha çox vəsatiin bu sahəyə ayrılmasını istəyir.

S. Seyidov hökumətə büdcədən beynəlxalq fəaliyyət üçün ayrılan 207 milyon həcmin 300 milyon manata qaldırılmasını təklif edib.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR