SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Prokuror Suriyada döyüşdüyünə görə tutulan şəxslərə üst-üstə 34 il cəza istəyib

7-11-2018, 21:08 | Oxunub: 91 |

Prokuror Suriyada döyüşdüyünə görə tutulan şəxslərə üst-üstə 34 il cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının bir qolu olan “Nüsra Cəbhəsi” tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Emtv.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Quliyevin 14 il, digər şəxslərin isə hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, həmin şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində “Kalaşnikov”dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

Aynurə Kərimova,
Emtv.az

Paylaş,








report

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR