SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Həbibə yüksək vəzifə TƏKLİF EDİLDİ: ölkə başçısının...

7-11-2018, 18:26 | Oxunub: 257 |

Həbibə yüksək vəzifə TƏKLİF EDİLDİ: ölkə başçısının...

Ötən gün Rusiya Federasiyasın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin göstərişi ilə respublikanın ali mükafatı sayılan “Dağıstan Respublikasına xidmətlərinə görə” mükafatına layiq görülən UFC çempionu Həbib Nurməhəmmədov vəzifə təklifi alıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər veirr ki, respublika başçısı idmançıya onun köməkçisi olmağı təklif etdi.

Qeyd edilir ki, təklif Nurməhəmmədovla Vasilyevin növbəti görüşündə müzakirə ediləcək. Ehtimal böyükdür ki, Həbib Dağıstan Respublikasının başçısının köməkçisi olmağa razılaşacaq.

“Rusiya idmançılarının siyasətə başlaması bu gün ölkədə artıq heç kəsi təəccübləndirməməlidir”, - Rusiya KİV-i yazıb.

Qeyd edək ki, oktyabrın 6-da ABŞ-da UFC 229 turnirində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş keçirilib. Rusiyalı idmançı irlandiyalı rəqibini məğlub edərək yüngül çəkidə çempionluq titulunu qoruyub.

İsmayil İsmayilov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR