SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Futbolçular zəhərləndilər - FOTO

7-11-2018, 14:52 | Oxunub: 116 |

Futbolçular zəhərləndilər - FOTO

Türkiyənin "Altay" klubunun futbolçuları və texniki heyəti zəhərlənib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Spor Toto 1-ci Liqada mübarizə aparan İzmir təmsilçisinin futbolçuları və məşqçiləri zəhərlənməyə görə xəstəxanaya yerləşdiriliblər.

Şənbə günü "Qazişehir"lə oyundan sonra Qaziantepdəki restoranların birində yemək yeyən "ağ-qaralar" bazar günü qusma və halsızlıq hiss ediblər.

Komandanın üzvləri xəstəxanaya yerləşdirilib, onlara dərmanlar verilib. Həkimlər zəhərlənməyə şam yeməyi zamanı yeyilən salatın səbəb olduğundan şübhələnirlər.

"Altay"ın baş məşqçisi Özden Töraydın hadisə ilə bağlı açıqlama verib: "Məşqçilər heyəti olaraq biz də eyni problemi yaşayırıq. Bizimlə birlikdə həmin restoranda yemək yeyən bir basketbol komandası da zəhərlənib".

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR