SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Müşfiq Quliyevin konsertində musiqisevərlər üçün unudulmaz bir gün olub -FOTOLAR

6-11-2018, 19:33 | Oxunub: 471 |

Müşfiq Quliyevin konsertində musiqisevərlər üçün unudulmaz bir gün olub -FOTOLAR

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir.

Azərbaycan musiqisində sevinc, həsrət, kədər, təravət, məhəbbət duyğuları bir -birini ecazkar şəkildə əvəzləyir.

Bu musiqi sadəcə istedad bulağından bəhrələnənlər üçündür.

Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən böyük dühalardan biri, heç şübhəsiz, böyük bəstəkar Üzeyir Hacıbəylidir.

Azərbaycan professional musiqi təhsili sisteminin yaranmasında da ən mühüm rol Üzeyir Hacıbəyliyə məxsusdur.

Məhz onun təşəbbüsü ilə 1921-ci il avqustun 26-da Dövlət Konservatoriyası açılıb.

Bu təhsil müəssisəsinin 90 illik inkişaf yolu pianoçuluq məktəbi sahəsində də böyük yaradıcılıq nailiyyətləri ilə əlamətdardır.

Bu məktəbin çoxlu parlaq simalarının yolunu davam etdirən gənc istedadlar arasında pianoçu Müşfiq Quliyevin adını xüsusi qeyd edə bilərik.

Müşfiq Quliyev Bülbül adina musiqi kollecində əməkdar müəllim Dilarə Rzaquliyevanın sinfini bitirib.

2010-cu ildə Baki Musiqi Akademiyasına daxil olub. Oxuduğu illər ərzində bir çox beynəlxalq müsabiqələrdə iştirak edərək qalib olub.

2013-cü ildə səfir Fuad İsmayılovun xatirəsinə yaradılmış “Gələcəyə doğru”xeyriyyə fondunun təqaüdçüsü seçilərək bu fondun dəstəyi ilə Y. Haydn konservatoriyasına professor Stanislav Tixonovun sinfinə daxil olub. 2015-ci ildə Bratislava musiqi və ifaçiliq sənəti universiteti professoru İvan Qayanın sinfinə daxil olub və oranı fərqlənmə diplomu ilə bitirib.

Hal-hazırda Müşfiq İtaliyanın Roma şəhərindəki Santa Çeciliya akademiyasında dünya şöhrətli pianist Benedetto Luponun sinfində yüksək ustad dersləri alır.

Onun bu günlərdə Bakı Musiqi Akademiyasının böyük zalında baş tutan konsertində də dinləyənlər sanki klavişlər üzərində gəzişən uzun barmaqlardan axıb gələn və qəlbləri fəth edən sirli-sehrli səslərin təsiri altına düşmüşdülər.

Konsertdə Bax, Şopen, Skryabin, List kimi dahi bəstəkarların fortepiano əsərləri böyük bacarıqla ifa olundu. Anşlaqla keçən konsertdə səslənən hər bir ifa musiqisevərlərlər tərəfindən sürəkli alqişlarla qarşılandı.

Konsertin sonunda tamaşaçiların təkidli çağırışları ilə səhnəyə qayıdan Müşfiq dahi Üzeyir Hacıbəyovun “Sənsiz” romansını böyük məharət və məhəbbətlə ifa etdi. Həmin gün musiqisevərlər üçün həqiqətən unudulmaz bir gün oldu.

Azərbaycan musiqi sənətini ölkəmizdən kənarda layiqincə təmsil edən Müşfiqə sənət fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Hazırladı: İlahə Məmmədova;
Emtv.az

Müşfiq Quliyevin konsertində musiqisevərlər üçün unudulmaz bir gün olub -FOTOLAR
Müşfiq Quliyevin konsertində musiqisevərlər üçün unudulmaz bir gün olub -FOTOLAR

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR