SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Cəbhə bölgəsində bayraq yürüşü

6-11-2018, 19:01 | Oxunub: 92 |

Cəbhə bölgəsində bayraq yürüşü

Noyabrın 6-da Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak edib.

Təhsil nazirinin müavini Firudun Qurbanov tədbiri açaraq üçrəngli bayrağın bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğulayıb. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını qeyd edib.

“N” saylı hərbi hissə komandirinin müavini, polkovnik Elşad Əbilov Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğalda olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.

Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər tərəfindən bayrağımız haqqında mahnılar ifa olunub.

Seymur Rəhimov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR