SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

PSJ UEFA-dan CAS-a müraciət edəcək

6-11-2018, 18:23 | Oxunub: 82 |

PSJ UEFA-dan CAS-a müraciət edəcək

Fransanın PSJ klubunun rəhbərliyi İdman Abirtaj Məhkəməsinə (CAS) müraciət etməyi qərara alıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi bu addımı UEFA-nın klubun maliyyə "fair-play"i qaydalarına uyğunluğunu yoxladığı üçün atıb.

İyulda UEFA PSJ-də yoxlamalara başlayıb. Baxmayaraq ki, klub təşkilatın şərtlərini yerinə yetirib və 2015 - 2017-ci maliyyə illərində qayda pozuntularına görə sanksiyalardan qurtulmaq üçün 50 milyon avro məbləğində futbolçu satıb. Avropa futbol qurumu "Qatar Tourism Authority" ilə 2019-cu ildə yekunlaşacaq müqaviləni uzatmamağı da tələb edib. Ona görə də klub daha bahalı oyunçuları ilə vidalaşmalı olacaq.

Bundan sonrakı prosesdə CAS PSJ-nin müraciətini nəzərdən keçirəcək və araşdırma aparacaq. Bu da UEFA-nın işini əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Məhkəmə yoxlanışı bir neçə ay çəkə bilər.

Seymur Rəhimov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR