17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Ötən ay Naxçıvanda keçirilən əmək yarmarkalarında 204 nəfər işlə təmin edilib
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabr ayında təşkil olunan əmək yarmarkalarında 204 nəfər işlə təmin edilib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ötən ay keçirilmiş əmək yarmarkalarında 220 idarə, müəssisə və təşkilatdan, o cümlədən 46-sı özəl sektora aid olmaqla, ümumilikdə, 1857 boş iş yeri təqdim olunub.
Bu iş yerlərindən 1497-si dövlət, 238-i qeyri-dövlət müəssisələrini əhatə edib. Keçirilmiş əmək yarmarkaları nəticəsində 204 işaxtaran vətəndaşın 96-sı dövlət, 108-i isə özəl sahədə işlə təmin olunub. Onlardan 52-si 29 yaşadək gənc, 3-ü sağlamlıq imkanları məhdud olan şəxs, 57-si isə qadındır.
Yarmarkalarda, həmçinin Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Qarabağlar və Xok kəndlərinin hər birində 1 nəfər olmaqla, ümumilikdə, 3 nəfər kənd xidmət mərkəzlərinə bərbər işləmək üçün göndərilib.
Əmək yarmarkalarında Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən 44, Şərur rayonundan 36, Babəkdən 34, Ordubaddan 21, Culfadan 20, Şahbuzdan 15, Kəngərlidən 23, Sədərəkdən isə 11 işaxtaran müxtəlif işlərlə təmin edilib.
İsmayil İsmayilov
Emtv.az
Paylaş: