SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“Real”dan 10 illik anlaşma - 1,1 milyard avro qazanacaq

5-11-2018, 19:03 | Oxunub: 364 |

“Real”dan 10 illik anlaşma - 1,1 milyard avro qazanacaq

"Real" forma sponsorluğu üçün "Adidas" şirkəti ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, "kral klubu" "Adidas"la 10 illik müqavilə imzalaya bilər. Bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Müqavilə imzalanacağı təqdirdə, "Real" növbəti mövsümdən etibarən hər il 110 milyon avro qazanacaq. Bu isə 10 il ərzində 1,1 milyard avro gəlir deməkdir.

Tərəflər arasında razılaşma baş tutsa, bu, futbol tarixinin ən uzumüddətli müqaviləsi olacaq.

"Real" hazırkı müqaviləyə əsasən, "Adidas"dan 50 milyon avro gəlir əldə edir.

İsmayil İsmayilov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR