SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev: Azərbaycan teatrı xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur

5-11-2018, 16:30 | Oxunub: 9 505 |

İlham Əliyev: Azərbaycan teatrı xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur

Azərbaycan Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Emtv.az xəbər verir ki, məktubu Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları, sizi V Bakı Beynəlxalq Teatr Konfransının açılışı münasibətilə salamlayır və konfransın işinə müvəffəqiyyətlər arzulayıram. Mədəniyyət bütün dövrlərdə insanların ünsiyyətinin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olub”.

Qeyd edilib ki, teatr sənəti bədii estetik fikrin zənginləşməsində həmişə mühüm rol oynayıb:

“XIX əsrin II yarısından başlayaraq Azərbaycanda cərəyan edən və maarifçilik hərəkatını canlandıran ictimai-siyasi hadisələr ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişikliklərinə yol açdı. Həmin dövr Azərbaycan teatrının inkişafı baxımından olduqca əlamətdardır. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən milli dramaturgiyanın təməlinin qoyulması ölkəmizdə xalq teatrının peşəkar teatr sənətinə çevrilməsi ilə nəticələndi”.

Bildirilib ki, ötən müddət ərzində dolğun fəaliyyət göstərmiş və əsl milli sənətə çevrilmiş Azərbaycan teatrı bu gün də xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur:

“Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, konfransın ölkəmizin paytaxtında “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” çərçivəsində təşkili xoş bir ənənə halını alıb. Dünyanın 40-dan çox ölkəsindən gəlmiş teatr xadimlərinin, mötəbər teatr qurumlarının rəhbərləri və təmsilçilərinin, teatr mütəxəssislərinin iştirakı ilə bu konfransın artan nüfuzu artıq göz qabağındadır. Sürətli qloballaşma şəraitində müasir teatrın imkanları, qarşılaşdığı problemlər və gələcək inkişafının əsas istiqamətinə dair mövzularda səmərəli fikir mübadiləsi aparılacağına və birgə layihələr işlənilib hazırlanacağına əminik.

Ümidvaram ki, konfrans geniş müzakirələr yolu ilə yaradıcılıq məsələlərinin uğurlu həllinə müvəffəq olaraq, ölkələrimiz və xalqlarımız arasında mədəni əməkdaşlığın dərinləşməsi və dostluq tellərinin möhkəmlənməsinə dəyərli töhfələr verir. Hər birinizə gələcək fəaliyyətinizdə nailiyyətlər diləyirəm”.

Seymur Rəhimov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR