SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

AMEA Naxçıvan Bölməsində “Araz-Türk Respublikası: yaranması, fəaliyyəti, nəticələri” mövzusunda elmi konfrans keçirilib

3-11-2018, 16:58 | Oxunub: 13 566 |

AMEA Naxçıvan Bölməsində “Araz-Türk Respublikası: yaranması, fəaliyyəti, nəticələri” mövzusunda elmi konfrans keçirilib

1918-ci il noyabrın 3-də yaradılan Araz-Türk Respublikasının fəaliyyəti təkcə o dövr üçün yox, bütövlükdə, bölgənin taleyi, bu günü və gələcəyi üçün çox böyük tarixi əhəmiyyət daşıyır.

Emtv.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsindən bildirilib ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində “Araz-Türk Respublikası: yaranması, fəaliyyəti, nəticələri” mövzusunda keçirilən elmi konfransda səsləndirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi ilk ildə çətin daxili və xarici amillərlə qarşılaşıb və Naxçıvan diyarına istənilən səviyyədə diqqət yetirə bilməyib. Bundan istifadə edən erməni daşnakları buraya ardı-arası kəsilməyən basqınlar edib, əhaliyə qarşı soyqırımı törədib, Naxçıvanı işğal etmək istəyib. Lakin yerli əhali düşmənə qarşı birləşib və qədim diyarımızın ermənilər tərəfindən zəbt olunmasına imkan verməyib.

Diqqətə çatdırılıb ki, paytaxtı Naxçıvan şəhəri, sahəsi 8,7 min kvadratkilometr, əhalisi bir milyondan çox olan Araz-Türk Respublikasının hüdudları Naxçıvan, Şərur-Dərələyəz qəzaları, Ordubad mahalını, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri, Sürməli və digər əraziləri əhatə edib. Hökumətin hərbi qərargahı Naxçıvan xanlarının şəhərin mərkəzində olan binasında yerləşib.

Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun yeni və ən yeni tarix şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Araz-Türk Respublikasının yaranması ərəfəsində bölgədə ictimai-siyasi vəziyyət”, Qafqaz tarixi şöbəsinin müdiri, dosent Emin Şıxəliyevin “Araz-Türk Respublikasının yaranması və bölgəni erməni işğalçılarından qorumaq uğrunda mübarizəsi”, Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilovun “Araz-Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələrinə dair”, yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Araz-Türk Respublikasının fəaliyyətində Naxçıvan hərbçilərinin iştirakı” mövzusunda məruzələri dinlənilib.

Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıb.

Seymur Rəhimov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR