17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Səhiyyə Nazirliyi şəkərli diabet xəstələrinin dərman təminində yaranmış problemə aydınlıq gətirib
Səhiyyə Nazirliyi (SN) bəzi şəkərli diabet xəstələrinin insulin dərman preparatı ilə təminatında yaranmış problemə aydınlıq gətirib.
Emtv.az xəbər verir ki, Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdirinin müavini Nabil Seyidov bu barədə yerli mətbuata özəl açıqlamasında bildirib ki, son aylar ərzində SN tərəfindən aparılmış xüsusi tədbirlər nəticəsində insulin dərman preparatı ilə təminatda olan problemlər aradan qaldırılıb.
N.Seyidov qeyd edib ki, SN tərəfindən kifayət qədər insulin dərman preparatı əldə edilib.
Onun sözlərinə görə, dərmanlar xəstələrə tələb olunan dozalarda verilir və bundan sonra da eyni qaydada verilə bilər:
"Dərman çatışmazlığının olması barədə xəstələrə verilən məlumat düzgün deyil. Əgər kimsə süni olaraq, dərman çatışmazlığı problemi yaradırsa, bu, yolverilməzdir. Dərmanlar xaricdən alındığı üçün tenderlərin keçirilməsi, onları gətirilməsi müəyyən qədər vaxt tələb edilir. Buna görə də ilin əvvəlində dərman təminatı ilə bağlı müəyyən çətinliklər olur. Amma ilin ortalarında və sonunda belə problemlər olmur. Hazırda da insulinlərlə təminat baxımından problem yoxdur".
N.Seyidov əlavə edib ki, adətən, ilin əvvəlində dərman təminatı ilə bağlı yaranan problemi həll etmək üçün əvvəlki ilin dərman ehtiyatından istifadə edilir. SN-nin hesablamalarına görə, ölkədəki hazırkı insulun ehtiyatı hətta gələn ilin fevral ayına qədər xəstələrə çata bilər.
Səhiyyə rəsmisi bunu da qeyd edib ki, SN tərəfindən dərman çatışmazlığı səbəbini əsas gətirərək şəkərli diabet xəstələrinə dərmanların verilməməsi halları ilə bağlı araşdırma aparılacaq. Bunların səbəbləri öyrəniləcək və müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Azərbaycanda 243 226 nəfər şəkərli diabet xəstəsi müalicə-profilaktika müəssisələrində qeydiyyatdadır. Yalnız 2017-ci ildə 24 881 nəfər ilk dəfə qoyulmuş diaqnozla şəkərli diabet xəstəsi kimi qeydiyyata alınıb. Ölkədəki şəkərli diabet xəstələrinin 30 010-u insulindən asılıdır. Azərbaycanda şəkərli diabet xəstələri insulinlə dövlət hesabına təmin edilirlər.
Seymur Rəhimov
Emtv.az
Paylaş: