SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mədət Quliyev: “Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın şikəst olmuş taleyi bizi çox kədərləndirir”-FOTOLAR

1-11-2018, 16:27 | Oxunub: 9 447 |

Mədət Quliyev: “Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın şikəst olmuş taleyi bizi çox kədərləndirir”-FOTOLAR

Noyabrın 1-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclası keçirilib.

Emtv.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin fəsadlarını əks etdirən fotostendlə, eləcə də müxtəlif dillərdə nəşr edilən kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.

İclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Mədət Quliyev tədbir iştirakçılarını salamlayaraq, Komissiyanın fəaliyyət göstərdiyi 25 il ərzində görülmüş işlər barədə məlumat verib.

Sədr Mədət Quliyev xüsusi qeyd edib ki, qondarma Dağlıq Qarabağ problemi ulu öndər Heydər Əliyevə O, hələ Dövlət Təhlükəsizliyi Komitəsində xidmət etdiyi vaxtdan məlum idi. Buna görə də münaqişənin qurbanı olan vətəndaşlarımızın taleyinə həm Naxçıvanda, həm də paytaxt Bakıda işlədiyi zaman xüsusi diqqət yetirirdi. Erməni quldurları Qərbi Azərbaycandakı ata-baba yurdlarında və Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla yanaşı, Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələrinə, Mehri rayonu ərazisindən keçərək Naxçıvana gedən dəmir yolu xəttinə hücumlar edir, insanlarda vahimə yaradır, məqsədli şəkildə onları qətlə yetirir, işgəncələr verir, əsir və girov götürürdülər.

Bir çox vətəndaşımız itkin düşmüş yaxınlarını axtarmaq və düşmənin nəzarətində olan ərazilərdə qalmış şəhidlərimizin cəsədlərini geri qaytarmaq məqsədilə həmin illərdə Naxçıvan Muxtar Respublikasında deputat və Ali Sovetin sədri olduğu dövrdə ümummilli lider Heydər Əliyevin onlara göstərdiyi köməyi minnətdarlıqla xatırlayır. Dövlət Komissiyasının rəsmi sənədlərində də əksini tapmış ifadələrə əsasən, ümummilli lider nə qədər çətin olsa da, onlara kömək göstərmək, üzləşdikləri humanitar problemə yardım etmək və öz nüfuzu sayəsində onlarla vətəndaşımızın əsir-girovluqdan azad olunmasına, şəhidlərimizin cəsədlərinin alınmasına nail olmuşdu. Dahi rəhbərin bu fəaliyyəti hər bir azərbaycanlı üçün böyük humanizm nümunəsidir.

Sədr Mədət Quliyev bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da bu məsələ Ümummilli Liderin xüsusi diqqət ayırdığı prioritet sahə olub. Heydər Əliyevin 1993-cü il avqustun 30-dan sentyabrın 1-dək İsveçrənin Cenevrə şəhərində keçirilmiş “Müharibə qurbanlarının müdafiəsi üzrə” beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciəti bunun bariz nümunəsidir: “Bütün dünyaya məlumdur ki, Azərbaycan Respublikası Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qalmışdır.

Problem heç də yalnız onda deyil ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü ciddi təhlükə altına düşmüşdür. Bizim yüz minlərlə dinc vətəndaşımız doğma Vətənindən qaçqın olmuş, minlərlə adam bu gün də ermənilərin əlində girov kimi saxlanmaqdadır. Biz ilk gündən Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibəni pisləyirik. Biz bu müharibənin doğurduğu zülm və dəhşətləri lənətləyirik. Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın şikəst olmuş taleyi bizi çox kədərləndirir. Lakin təəssüflər olsun ki, hələ də qan tökülür və insanların çəkdiyi əziyyətlərin sonu görünmür”.

Bu müraciət Ermənistan tərəfindən humanitar hüquq normalarının pozulması faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması barədə ilk rəsmi sənəd nümunəsidir. Törədilmiş müharibə cinayətlərinin cəzasız qalması Heydər Əliyevi daim düşündürür və narahat edirdi. Buna görə də Ümummilli Lider 2001-ci il martın 1-də imzaladığı Sərəncamında Dövlət Komissiyasının qarşısında “Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü” işin aparılması kimi zəruri vəzifə qoymuşdu.

Sərəncamdan sonra Komissiyada toplanmış çoxsaylı məlumat və materialların əsasında müxtəlif dillərdə kitablar tərtib edilib, filmlər çəkilərək beynəlxalq aləmdə yayılıb. Eyni zamanda, törədilmiş cinayət əməllərinin prosessual qaydada araşdırılması üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Respublika Baş Prokurorluğunun əməkdaşlarından ibarət olan birgə istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Dövlət Komissiyasının sədri vurğulayıb ki, 2003-cü ildən sonra da ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycanda uğurla davam etdirildi. Müharibə qurbanları məsələsi bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biridir. Hər birimiz şəhid qəhrəmanlarımız Mübariz İbrahimovun, Fərid Əhmədovun, Çingiz Qurbanovun, o cümlədən Aprel şəhidlərinin düşmənin nəzarətində olan ərazilərdə qalmış cəsədlərinin alınaraq Vətən torpağına tapşırılması işində Prezidentin şəxsi səylərini, dəfn mərasimlərində iştirakını, ailələrlə görüşlərini və söylədiyi fikirləri yaxşı xatırlayırıq.

Təsadüfi deyil ki, builki seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanmış Prezident İlham Əliyevin imzaladığı ilk rəsmi sənəd müharibə qurbanları ilə bağlı 2018-ci il 19 aprel tarixli Fərman olub. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Bu Fərman həmin kateqoriyadan olan insanlara və onların ailələrinə Prezidentin göstərdiyi qayğının bariz nümunəsi olmaqla yanaşı, gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasına da çox ciddi təsir edən normativ hüquqi sənəddir.

“Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində uzun müddət keçməsinə baxmayaraq, münaqişənin həlli uzanır. Bu illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir-girovluqdan azad edilsə də, 871 vətəndaşımızın hələ də Ermənistanda əsir-girovluqda saxlanması və beynəlxalq təşkilatlardan gizlədilərək qapalı məkanlarda, zərərli istehsal sahələrində işlədilməsi barədə məlumatlar mövcuddur. Daxil olan məlumatlara əsasən, ermənilər hətta əsir-girovlara Azərbaycan Respublikasını tamamilə işğal etdikləri və belə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təzyiqlər göstərirlər. Əlbəttə ki, Azərbaycan həm qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad olunması üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir və keçirdiyi müvafiq görüş və müzakirələrdə dövlətimizin başçısı bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır.

Dövlət Komissiyası hazırda əsir-girovluqda saxlanılan və BQXK-nın qeydiyyatında olan şəxslərin “hamının-hamıya” prinsipi ilə azad edilməsi və bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlindən humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir”, – deyə Dövlət Komissiyasının sədri Mədət Quliyev bildirib.

Qeyd olunub ki, Dövlət Komissiyası fəaliyyət göstərdiyi 25 il ərzində beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşıb, bu sahədə böyük iş təcrübəsi olan BQXK, BMT, ATƏT, Beynəlxalq İşçi qrupu və digər aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində işləyib, yaranmış ağır humanitar problemin həllində onların imkanlarından istifadə edib. Dövlət Komissiyası üçün faydalı olan bu əməkdaşlıq bundan sonra da səmərəli şəkildə davam etdiriləcək. Komissiya sədri Mədət Quliyev bu illər ərzindəki faydalı əməkdaşlığa görə BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sesseraya və onun simasında bütövlükdə bu quruma dövlətimizin başçısının təşəkkürünü çatdırıb.

Dövlət Komissiyasının sədri daha sonra deyib: “Bu gün əsası Ümummilli Lider tərəfindən qoyulmuş “Respublika Xatirə Kitabı”nın itkin düşmüş vətəndaşlarımıza həsr edilmiş xüsusi buraxılışının birinci cildi diqqətinizə təqdim olunur. Azərbaycan və ingilis dillərində nəşr edilmiş xüsusi buraxılış bir neçə cilddən ibarət olacaq. Kitab Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Dövlət Komissiyası və “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən tərtib edilib.

Sədr Mədət Quliyev qeyd edib ki, Komissiya fəaliyyət göstərdiyi 25 il ərzində humanitar problemlərin həlli istiqamətində müvafiq zəruri işlər görüb. Ancaq bu sahədə həllini gözləyən məsələlər çoxdur.

Sonra iclasda gündəlikdə duran məsələlər üzrə məruzələr dinlənilib.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:
Mədət Quliyev: “Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın şikəst olmuş taleyi bizi çox kədərləndirir”-FOTOLAR
Mədət Quliyev: “Uşaqların çəkdiyi əzab, anaların göz yaşları, minlərlə adamın şikəst olmuş taleyi bizi çox kədərləndirir”-FOTOLAR


OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR