SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycana məxsus yük vaqonları Türkiyədə sınaqdan keçirilib

31-10-2018, 16:16 | Oxunub: 8 970 |

Azərbaycana məxsus yük vaqonları Türkiyədə sınaqdan keçirilib

Azərbaycan dəmir yoluna məxsus olan yük vaqonları qardaş ölkənin ərazisindən yük daşımalarına cəlb edilə bilər.

Emtv.az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bu məqsədlə Azərbaycan dəmir yoluna məxsus yük vaqonlarının Türkiyə dəmir yolunda istismarı imkanları sınaqdan keçirilib. Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin vaqon xidmətinin rəisi Bəşir Əsədov və texniki-istehsalat şöbəsinin rəisi Əlövsət Nəcəfov Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları Daşımaçılıq təsərrüfatının mühəndisləri Türkiyədə olub və sınaq prosesində iştirak ediblər.

Belə ki, Azərbaycan dəmir yoluna məxsus olan bir ədəd yarımvaqon Türkiyə dəmir yolunun Qars stansiyasında yerli qatarın tərkibinə qoşulmaqla, Sarıqamış, Ərzurum, Ərzincan, Dibriği, Bostanqaya kimi böyük stansiyalardan keçərək Sivas stansiyasına qədər 8 saatlıq yol qət edib.

Aparılan testin nəticələrinə görə, Azərbaycan dəmir yoluna məxsus olan yük vaqonları qardaş ölkənin ərazisindən yük daşımalarına cəlb edilə bilər və qarşılıqlı yük mübadiləsində əhəmiyyətli rol oynamaq imkanına malıkdir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan dəmir yoluna məxsus yük vaqonları 1520 mm izli yollarda hərəkət edir və Türkiyədə mövcud olan 1435 mm izli yollara daxil olmaq üçün Gürcüstanın Axalkalaki stansiyasında təkər cütlərinin dəyişdirilməsi həyata keçirilir.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR