SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yaradıcı gənclərin əl işlərindən ibarət müsabiqənin qalibləri mükafatlandırılıb

30-10-2018, 15:53 | Oxunub: 9 106 |

Yaradıcı gənclərin əl işlərindən ibarət müsabiqənin qalibləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil edilən yaradıcı gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət müsabiqə başa çatıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, əvvəlcə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Ərturan Mərdanov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, yaradıcı və istedadlı gənclərə göstərilən dövlət qayğısından, həmçinin sağlamlıq imkanları məhdud şəxslərə yaradılan şəraitdən danışıblar. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı gənclərin bacarıqlarının üzə çıxarılması, sağlamlıq imkanları məhdud uşaqlarda özünəinamın artırılması və onların cəmiyyətə inteqrasiyasıdır.

Müsabiqəyə 49 gənc və sağlamlıq imkanları məhdud uşağın 100-ə yaxın əl işi təqdim olunub. Rəsm və dekorativ-tətbiqi sənət üzrə Veysəl Xudanlı və Firuz Novruzov birinci yerə layiq görülüblər. Məhəmməd Həsənli və Eldar Paşayev ikinci, Zəfər Quliyev, Nurtac Zamanova, Arzu Hüseynov və Abbas Cəlilov üçüncü olublar.

Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqə muxtar respublikanın Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Rəssamlar Birliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR