SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanlı alimin beynəlxalq simpoziumdakı çıxışı maraqla qarşılanıb

29-10-2018, 17:41 | Oxunub: 9 128 |

Naxçıvanlı alimin beynəlxalq simpoziumdakı çıxışı maraqla qarşılanıb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən V Beynəlxalq Uşaq və Gənclik Simpoziumunda iştirak edib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, AMEA Naxçıvan Bölməsindən bildirilib ki, simpoziumda Azərbaycan, Almaniya, Rusiya, İran, Pakistan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Tatarıstan və Ukraynadan 70-dən çox elm adamı iştirak edib.

Beynəlxalq tədbirdə uşaq və gənclik ədəbiyyatı sahəsində iz buraxan yazıçı, şair, rəssam, redaktor, naşir və elm adamlarının həyat və yaradıcılıqları, əsərləri ilə bağlı elmi məruzələr dinlənilib.

2014-cü ildən bəri mütəmadi olaraq keçirilən simpoziumun builki əsas mövzusu “Yaşayan uşaq ədəbiyyatçıları” olaraq müəyyən edilib.

Tədbirdə Elxan Məmmədov “Naxçıvanda yaşayan və uşaqlar üçün şeirlər yazan şair: İbrahim Yusifoğlu” mövzusunda məruzə ilə çıxış edib. Məruzə təşkilatçılar və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, simpoziumun keçirildiyi ərəfədə IV Türk və İslam Dünyası Uşaq Ədəbiyyatı Təşkilat Komitəsinin yığıncağı da olub.

Təşkilat Komitəsi nümayəndələrinin birgə rəyi əsasında Elxan Məmmədov həmin komitəyə üzv qəbul edilib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR