SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçıları görüşəcək – İstanbulda

29-10-2018, 16:23 | Oxunub: 70 |

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçıları görüşəcək – İstanbulda

İstanbulda Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçıları bir araya gələcək.

Emtv.az xəbər verir ki, oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında yeddinci üçtərəfli görüşü keçiriləcək.

Bu məqsədlə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yola düşüb.

Bu barədə məlumatı nazirliyin mətbuat xidməti yayıb.

Üçtərəfli formatda keçirilən görüşdə regional, qlobal vəziyyət və üçtərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.

Bu formatda ilk görüş 2012-ci ildə baş tutub və bundan sonra hər üç ölkənin XİN başçıları mütəmadi olaraq görüşürlər.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR