SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiya Türkiyəyə sorğu göndərdi – Moskva Lotu Qulinin ekstradisiyasını tələb edir

29-10-2018, 16:20 | Oxunub: 9 351 |

Rusiya Türkiyəyə sorğu göndərdi – Moskva Lotu Qulinin ekstradisiyasını tələb edir

Rusiyanın daxili işlər naziri İnterpol xətti ilə təkrar olaraq Türkiyədə məskunlaşan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Rusiyaya ekstradisiyası ilə bağlı sorğu göndərib.

Emtv.az xəbər verir ki, beynəlxalq axtarışda olan kriminal avtoritetlərin Rusiyaya mümkün ekstradisiyası ilə bağlı məsələ həll olunmayıb.

Nəşr qeyd edir ki, Moskvadakı istintaq təcridxanalarına düşəcəyi təqdirdə Qulidən “qanuni oğrular” Hikmət Muxtarov və Çingiz Axundov və digərlərinin ölümü barədə sorğular olacaq.

“Rosbalt”ın yazdığına görə, Quli hələ oktyabr ayında saxlanılan zaman Rusiya onun Moskvaya ekstradisiyası ilə bağlı sorğu göndərib. Lakin bu sorğuya heç bir cavab verilməyib.

O zaman Lotu Quli Türkiyəni tərk etmək şərti ilə azad olundu, ancaq yenidən saxlanıldı. Rusiya Daxili İşlər Nazirliyi yenidən onu Moskvaya ekstridasiya olunması ilə bağlı növbəti sorğunu göndərib. Rusiya ümid edir ki, bu dəfə mesbət cavab alacaq.

Bununla bağlı “Rossbalt” danışan mənbə onu da qeyd edib ki, Qulinin Rusiyaya ekstradisiyası ilə bağlı illüziyalara qapılmaq lazım deyil.

“Rosbalt” onu da qeyd edib ki, Quli Türkiyədə saxlananadək bu ilin avqustunda Çernoqoriyada polis tərəfindən saxlanılıb. O, Çernoqoriyadakı istintaq təcridxanasından səs-küysüz çıxmağı bacarıb. Quli Çernoqoriyaya başqa soyadla daxil olub. Nadir Səlifov orada ad günün qeyd etməyi planlayırmış.

“Rosbalt” yazır ki, o, ad gününü “qanunu oğru”ların nəhəng “sxodka”sına çevirmək niyyəti olub. “Belə ki, həmin ad günü Qulinin gücünü nümayiş etdirməli imiş. Lakin Quli Çernoqoriya hava limanında saxlanılır. O beynəlxalq axtarışda olduğundan Moskva ona operativ reaksiya verərək və Rusiyaya ekstradisiyasını tələb edib”, nəşr yazır.

Çernoqoriya hakimiyyəti Moskvanı xəbərdar edib ki, Səlifov iki gün istintaq təcridxanasında saxlandıqdan sonra azad buraxılıb.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR