SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İrana sarsıdıcı zərbə : Tehran 5 noyabrdan sonra su belə sata bilməyəcək…

29-10-2018, 13:24 | Oxunub: 9 023 |

İrana sarsıdıcı zərbə : Tehran 5 noyabrdan sonra su belə sata bilməyəcək…

Türkiyənin məşhur “Halkbank” bankının Sanksiyalar Şöbəsinin rəsmisi Seyid Əhməd Taymaz, bu ilin 5 noyabrından etibarən ABŞ-ın İrana yönəlik sanksiyalarının hüquqi qüvvəyə minəcəyini açıqlayıb.

Emtv.az xəbər verir ki, sanksiyaların İranın “Bank Mellat” bankını da əhatə edəcəyini deyən Taymaz, rəsmi Tehranın ciddi sınaqla üz-üzə olacağını bildirib. “Halkbank” rəsmisi Türkiyənin İrana qarşı sanksiyalara qoşulmamaq üçün, ABŞ-dan istisna tələb etdiyini də deyib.

“ABŞ prezidenti Donald Trampın may ayında İranla nüvə müqaviləsini pozmasının ardından Tehrana qarşı tətbiq edilən sanksiyaların ikinci hissəsi bilavasitə neft və qaz ticarətini hədəfə alır. Türkiyə üçün ən önəmli məsələ neft və neft məhsullarına dair ticarətin qadağan edilməsidir. Türkiyəyə istisna hüququ tanınmasa xam neft idxalı edilə bilinməyəcək. Qaz idxalı davam edərkən, burada da ikitərəfli ticarət məhdudlaşdırması tətbiq olunacaq. Beləliklə, İran satdığı qazın əvəzində alacağı pulu Türkiyədə saxlaacaq. Bu pulu da ancaq Türkiyə istehsalı olan məhsulların alışında istifadə edə biləcək. Sanksiyaların dövrəyə girməsiylə birlikdə İran avtomobil sektoruna nəinki neft, su belə sata bilməyəcək. İranla Türkiyə arasındakı ticarətdə isə dollardan istifadə olunmayacaq” – Taymaz belə deyib.

“Halkbank” rəsmisi sanksiyalar tətbiq edilən iranlı məmurlarla da ticarətin qadağan ediləcəyini bildirib.

“Sanksiya tətbiq ediləcək adlar arasında İran İnqilab mühafizlərinin liderlərinin də adları var. Bu siyahıdakı insanlarla ticarət edənlər də suçlu sayılırlar”- “Halkbank” rəsmisi belə deyib.

Aynurə Kərimli,
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR