SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin təşkili müzakirə olunub

27-10-2018, 18:34 | Oxunub: 13 567 |

Naxçıvanda dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin təşkili müzakirə olunub

Mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələri arasında əlaqələrin davamlı və səmərəli qurulması, əməkdaşların peşəkarlığının artırılması, informasiya-məlumatlandırma işinin düzgün həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada seminar təşkil olunub.

Emtv.az xəbər verir ki, muxtar respublika Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili” mövzusunda keçirilən seminarda muxtar respublikanın dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə 22 əməkdaşı iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli seminarda çıxış edərək bildirib ki, bu il mayın 19-da Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə komissiyaya bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara uyğun olaraq komissiya dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinə qəbulla bağlı növbədənkənar müsabiqə elan edib, müsabiqənin test mərhələsindən sonra mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müvafiq vəzifələrin iddiasında olan namizədlərin yaradıcılıq qabiliyyətlərinin yoxlanması üçün esse imtahanı keçirib. Həmçinin hazırda fəaliyyət göstərən mətbuat xidmətləri əməkdaşlarının attestasiyası aparılıb.

Komissiya sədri deyib ki, müşavirədə Ali Məclis Aparatının müvafiq şöbəsi ilə birlikdə dövlət orqanlarının mətbuat xidmətləri əməkdaşlarının peşə vərdişlərinin təkmilləşdirilməsi üçün seminarın keçirilməsi də tapşırılıb. Bugünkü seminarın məqsədi də kütləvi informasiya vasitələri üçün dövlət orqanlarının fəaliyyəti ilə bağlı materialların elmi əsaslarla hazırlanması qaydasını iştirakçıların diqqətinə çatdırmaqdır.

Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli dövlət orqanlarının mətbuat xidmətləri əməkdaşlarının qarşısında duran vəzifələr barədə çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, müşavirələr keçirilib, fəaliyyətin təşkili ilə bağlı yeni vəzifələr müəyyənləşdirilib. Görülən işlərin davamı olaraq bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə mətbuat xidməti əməkdaşları üçün seminar keçirilir. Ülvi Hüseynli mətbuat xidməti əməkdaşlarının fəaliyyətlərinin təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.

Naxçıvan Dövlət Universitetinin Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva “Kütləvi informasiya vasitələri üçün dövlət orqanlarının fəaliyyətləri barədə materialların hazırlanması qaydası” mövzusunda çıxış edib, press-reliz, çıxış, müsahibə, hesabat, təqdimat, mətbuat konfransı, brifinq, xüsusi informasiya bülletenlərinin hazırlanmasının qaydaları və şərtləri, habelə ictimaiyyətlə əlaqələrin qurulmasının digər vasitələri haqqında slaydlar vasitəsilə ətraflı məlumat verib.

Sonda seminar iştirakçıları fikirlərini bölüşüb, geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR