11 in 12:30Oxunub: 408 |

Vladimr Putin Ölkəmizə səfərə gəlir

Vladimr Putin Ölkəmizə səfərə gəlir
"EMTV.az" xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin 12-13 iyun tarixlərində Azərbaycana səfər edəcək.

Kremlin məlumatına görə, Rusiya prezidenti ilə Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar planlaşdırılır. Görüşdə ikitərəfli əlaqələr və aktual beynəlxalq məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Putinin digər ikitərəfli görüşlər də keçiriləcəyi istisna edilmir. Rusiya prezidenti ilk növbədə Avropa Oyunlarının açılış mərasiminə qatılacaq. Putin bu idman tədbirinin əhəmiyyətini yüksək qiymətləndirmiş, hətta Rusiya telekanallarına irad da bildirmişdi.

Yarışlarda 360 Rusiya idmançısı iştirak edəcək. Onlar arasında 7 olimpiya çempionu və 34 dünya çempionu yer alır. Ən böyük nümayəndə heyəti də Rusiyanındır.

“Bakı 2015” I Avropa Oyunlarının Rusiyada tanıtımı aksiyaları çərçivəsində Dövlət Dumasında təşkil edilən “Bakı – I Avropa Oyunlarının paytaxtıdır” adlı fotosərgi xüsusi qeyd edilməlidir.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ANS-ə müsahibəsində ölkəsinin bu oyunlara yüksək qiymət verdiyini söyləmişdi:

“Böyük tərkibdə çıxış edəcək Rusiya komandasına və ilk növbədə I Avropa Oyunlarının uğuru üçün azarkeşlik edəcəyik. Ona görə də Azərbaycana uğurlar və inkişaf arzu edirəm. Biz düz iki həftə ərzində bu oyunları anbaan izləyəcəyik".

Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda Rusiyanın əhəmiyyətli strateji partnyorudur. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Ticari-iqtisadi əlaqələr inkişaf edir. Putinin səfəri məhz iki ölkə arasında münasibətlərin daha dərinləşdiyi bir dönəmə təsadüf edir.

Bu əlaqələrin möhkəmlənməsində əməyi olan dövlət və mədəniyyət xadimləri də mükafata layiq görülüb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin “Şərəf” ordeni ilə təltif olunub.

Rusiya prezidenti həmçinin azərbaycanlı kinorejissor, “Space” telekanalının rəhbəri Vaqif Mustafayevi “Dostluq” ordenilə təltif edib.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1231
XƏBƏR LENTİ

Reklam
Məzənnə