17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
"Ancelina Coli kəşfiyyat agentidir"
Hollivud ulduzu Ancelina Coli CİA (ABŞ Mərkəzi Xəbəralma Təşkilatı) agentidir.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Venesuela parlamentinin sədri Diosdado Kabello televiziya proqramlarının birində Colinin Perudakı venesuelalı qaçqınları ziyarət etməsi məsələsini şərh edərkən deyib.
"Onlar imperializmin, CİA-nın, Pentaqonun və fəaliyyət göstərmək üçün imperializmə ehtiyac duyulan bütün təşkilatların cəsuslarıdır".
Bizi hələ də öz kaloniyaları zənn edirlər. Bu səbəbdən xalqı aldatmaq üçün bir yalançı aktrisanı kamera qarşısına çıxarırlar. Sizi manipulyasiya etmələrinə icazə verməyin. Yaxşı ki, xalq hər şeyin fərqindədir".
O, Ancelinanın Venesuelanın xəritədə harda yerləşdiyini belə bilmədiyini də iddia edib.
Qeyd edək ki, aktrisa Perunun paytaxtı Limaya səfəri zamanı venesuelalı qaçqınların qaldığı düşərgələrdə olmuş, qaçqın probleminin aradan qaldırıla biləcəyini söyləmişdi.
İsmayil İsmayilov
Emtv.az