SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Vençay Janq: Naxçıvan beynəlxalq bank-kredit təşkilatları üçün cazibədar bir diyardır

25-10-2018, 17:41 | Oxunub: 9 394 |

Vençay Janq: Naxçıvan beynəlxalq bank-kredit təşkilatları üçün cazibədar bir diyardır

Naxçıvan inkişaf edən bir diyardır. Buranın iqtisadiyyatı ilə tanışlıq zamanı beynəlxalq bank-kredit təşkilatları üçün daha cazibədar olduğunu gördüm.

Emtv.az xəbər verir ki, bu sözləri müsahibəsində Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janq deyib.

“Mən Azərbaycanın digər yerlərində olsam da, Naxçıvana ilk dəfədir gəlirəm. Səfərim birgünlük olsa da, təəssüratlarım kifayət qədərdir. İlk olaraq burada çox qonaqpərvərliklə qarşılanmağım mənim üçün yaddaqalan oldu”, - deyən Vençay Janq vurğulayıb ki, görməli yerlər Azərbaycanın bu qədim diyarı haqda gözlədiyindən artıq təəssürat yaradıb.

AİB-in vitse-prezidenti deyib: Asiya İnkişaf Bankı ilə Azərbaycan Hökuməti arasındakı əməkdaşlığa gəldikdə, 2006-cı ildən biz “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinə dəstək veririk. Layihənin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası hökuməti və layihənin icra qrupu arasında çox sıx əməkdaşlıq olub. Nəticədə, bütün işlər nəzərdə tutulmuş vaxtda və ayrılmış büdcə çərçivəsində həyata keçirilib.

“Ümumilikdə, bu layihə bizim üçün çox müsbət bir təcrübə oldu. Onun həyata keçirilməsində biz yerli icra orqanları ilə çox sıx əməkdaşlıq nümunəsi gördük. Onu deyə bilərəm ki, suyun təmizlənməsi üçün ən son texnologiya tətbiq olundu. İnsan sağlamlığı üçün çox qabaqcıl üsulun tətbiqi layihənin digər buna bənzər layihələrdən üstünlüyünü göstərir”, – deyən AİB-in vitse-prezidenti qeyd edib ki, buna görə də AİB olaraq bu layihədən qazandığımız təcrübəni digər yerlərdə də tətbiq etməyə və daha çox insanı ekoloji təmiz su ilə təmin etməyə maraqlıyıq.

Vençay Janq Naxçıvanda ona göstərilən qonaqpərvərliyə və dəstəyə görə bir daha minnətdarlıq edərək deyib: “Mən muxtar respublikada olarkən Azərbaycanda təmiz su ilə bağlı geniş yayılmış bir deyimi də eşitdim. Düşünürəm ki, bir-birinizə “Ömrünüz su kimi uzun olsun” deməklə ən xoş arzularınızı çatdırırsınız. Bu gözəl kəlam mənim də çox xoşuma gəldi və onu Naxçıvanda keçirilən tədbirdə iştirakçılara Azərbaycan dilində deməyə çalışdım. Təmiz suyun burada yaşayan insanların həyatına rifah gətirəcəyinə inanıram”.

AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov isə vurğulayıb ki, AİB-in vitse-prezidentinin Azərbaycana səfərinin məqsədi 2019-2023-cü illər üzrə Ölkə Tərəfdaşlığı Strategiyasının müzakirə edilməsidir. Hesab edirəm ki, 2014-2018-ci illəri əhatə edən əməkdaşlıq strategiyası uğurla nəticələnib. Biz artıq növbəti beşillik üzrə Ölkə Tərəfdaşlığı Strategiyasının hazırlanmasını, demək olar ki, başa çatdırmışıq. Gələn ilin əvvəlinə hökumətin dəstəyindən sonra biz bu sənədin AİB-in Direktorlar Şurasının müzakirəsinə təqdim edəcəyik.

“Biz hazırda Azərbaycanda bir neçə mümkün maliyyələşmə istiqamətləri üzrə işlər aparırıq. Bunlardan birincisi dövlət investisiya proqramlarına daxil ediləcək yüksəktexnologiyalı və innovasiyalı layihələrin seçilməsidir. İkinci istiqamət 2-3 il və daha çox müddətə kiçik və orta biznesin manatla maliyyələşdirilməsidir. Üçüncü istiqamət dövlət - özəl sektor tərəfdaşlığının inkişafı, dördüncü istiqamət isə dövlət müəssisələrinin effektivliyinin artırılması üzrə əməkdaşlıqdır”, – deyən Nariman Mannapbekov vurğulayıb ki, Naxçıvandan çox xoş və zəngin təəssüratlarla ayrılırlar: “Doğrudan da bu diyarın fərqli təbiəti, tarixi qədimliyi insanı özünə cəlb edir. İnsanların rifah halının yaxşılaşdırılmasına göstərilən qayğı isə hər addımda hiss olunur. Azərbaycanla əməkdaşlıq çərçivəsində muxtar respublika ilə də əlaqələrimizin daha da genişlənəcəyinə inanıram”.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR