SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“İşğalçı qüvvələr zəbt olunmuş ərazilərdən çıxarılmalıdır” – Prezident

25-10-2018, 17:25 | Oxunub: 8 957 |

“İşğalçı qüvvələr zəbt olunmuş ərazilərdən çıxarılmalıdır” – Prezident

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə variantı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır”.

Emtv.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib.

“Qarabağ bizim tarixi torpağımızdır, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Uzun əsrlər ərzində bizim xalqımız bu torpaqlarda yaşayıb və yaradıb. Bizim tarixi abidələrimiz, toponimlər də bu torpaqların Azərbaycan xalqına məxsusluğunu göstərir. Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən çıxarılmalı və Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönməlidirlər” – Prezident bəyan edib.

Ölkə başçısı, həmçinin vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindəki mədəni, dini və tarixi abidələrin hamısını məhv edib. Prezident eyni zamanda, Ermənistanın beynəlxalq hüquq normalarını yerinə yetirməyə məcbur edilməsi üçün mexanizmin olmamasından söz açıb.

“Müxtəlif beynəlxalq təşkilatlar Qarabağ münaqişəsilə bağlı bir sıra sənədlər qəbul ediblər. O cümlədən də, BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnamə qəbul edib. Bu qətnamələrin qəbulundan 25 il keçməsinə baxmayaraq, Ermənistan hələ də onları icra etmir. Təəssüf ki, hələ də işğalçını beynəlxalq hüququn tələblərini icra etməyə məcbur edəcək mexanizm hazırlanmayıb.”

Prezident İlham Əliyev vurğulayıb ki, BMT Baş Assambleyası, Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR