SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İtin köməyilə gömrükdə narkotik tapıldı

22-10-2018, 19:19 | Oxunub: 496 |

İtin köməyilə gömrükdə narkotik tapıldı

Gömrükçülər narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Emtv.az xəbər verir ki, DGK-dan verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Mazımçay" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi avtomobilə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı, xidməti it "Honda Fit" markalı, NV441NV qeydiyyat nişanlı həmin avtomobilin ön cihazlar panelindəki əşyalar üçün nəzərdə tutulan yerə reaksiya verib. Həmin yerə təkrar baxış nəticəsində 1 ədəd bükümdə çəkisi bükümlə birlikdə 2 qram olan narkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR