SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Prezidentliyə namizəd mitinqdə narkotik payladı – VİDEO

22-10-2018, 18:35 | Oxunub: 428 |

Prezidentliyə namizəd mitinqdə narkotik payladı – VİDEO

Gürcüstan prezidentliyinə namizəd Zurab Çaparidze Tbilisidə mitinq zamanı tərəfdarlarına içində marixuana olan siqaret payladı və ölkədə marixuananaın tam qanuniləşdirilməsinə çağırıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, “Euronews” telekanalı bildirib.

Siyasətçi bundan dərhal sonra bir neçə tərəfdarı ilə birlikdə saxlanılıb. Amma Çaparidze tezliklə buraxılıb.

Qeyd edək ki, bu ilin yayında Gürcüstanda marixuananın istifadəsinə icazə verən qanun qəbul edilib, ancaq onun alınması və saxlanılması əvvəlki kimi qadağandır. Çaparidze, həmçinin onun tərəfdarları marixuananın tam qanuniləşməsini dəstəkləyir.

Son zamanlar Gürcüstanda narkotiklərin dekriminallaşdırılması çağırışı ilə bağlı geniş kampaniyalar aparılır.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Sorğulara görə, Zurab Çaparidze autsayderlər arasındadır: onun reytinqi 5 faiz ətrafında dəyişir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR