SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Şəhərin mərkəzindən qoyun sürüləri keçdi - VİDEO

22-10-2018, 17:51 | Oxunub: 527 |

Şəhərin mərkəzindən qoyun sürüləri keçdi - VİDEO

İspaniyanın şimal-qərbindəki Leon vilayətindən 1550 qoyun və 80 keçi İspaniyanın paytaxtı Madrid küçələrindən keçirilib. Onları süvari çobanlar və çoban itləri müşayiət edirdilər.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, ispan çobanlar 1994-cü ildən belə "qoyun paradı" keçirərək sürüləri qədim marşrutlarla qışlağa aparmaq hüquqlarını müdafiə edirlər.

Qoyun sürülərini İspaniyanın cənubundakı otlaqlara aparmaq üçün çobanlar 15-ci əsrdən bəri Madrid şəhərinin meriyasına simvolik məbləğ ödəyirlər.

Bu məbləğ Madridin mərkəzi meydanından keçən hər 1000 qoyun üçün 50 maravediyə (orta əsrlərdəki pul vahidi, - red.) bərabərdir.

Madrid meri Manuela Karmena da qatıldığı aksiyanı naxırların və sürülərin yaylaqdan qışlağa aparılması ənənəsi olan Almaniya, Fransa, Macarıstan, İsveç, Argentina və Yeni Zelandiyanın səfirləri də seyr ediblər.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR