SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İsveçdə müstəqillik günü qeyd edilib

22-10-2018, 17:11 | Oxunub: 7 414 |

İsveçdə müstəqillik günü qeyd edilib

İsveçin paytaxtı Stokholm şəhərində illərdir fəaliyyət göstərən İsveç-Azərbaycan Kültür Dərnəyi Odlar Yurdu hər il olduğu kimi bu il də Azərbaycanın Milli Müstəqillik gününü oktyabrın 20-də ABF Stokholmda qeyd edib.

Emtv.az xəbər verir ki, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

Müstəqillik gününə həsr edilmiş tədbiri dərnəyin sədri, Stokholm təhsil idarəsinin ana dili müəllimi Sevinc Nemətova açıb. O, tədbirə gələnləri salamlayıb, müstəqillik günü münasibətilə hamını təbrik edib və müstəqillik haqqında qısa nitq söyləyib. Sevinc Nemətova müstəqillik günü ilə bağlı xatirələrindən danışıb: “Müstəqil Azərbaycan dövlətinin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüququ varisidir. Bu gözəl günü hər il vətəndən uzaq qürbət ölkədə də qeyd edirik”.

Sevinc Nemətova həm də çıxışında İsveçdə böyüyən azərbaycanlı uşaqlara və gənclərə müstəqillik gününü hər il qeyd etmələrini tövsiyə edib.

Sonda iştirakçılar “Azadlığa gedən yol” sənədli filmini izləyiblər. Filmdəki səhnələr xalqımızın müstəqillik uğrunda apardığı mübarizəni, bu yolda xarici müdaxilələri, dinc əhaliyə olan zülmləri, şərəfli yolda Vətən, torpaq üçün şəhid olanları, ölkəmizin müstəqilliyi, suverenliyi, istiqlaliyyəti uğrunda ziyalılarımızın apardığı qəhrəmanlıqları, siyasət və bacarıqlarını açıq-aşkar, sübut edərək göstərirdi.

Tədbirdə türklərin İsveç Atatürkçü Düşüncə Dərnəyindən də qonaqlar iştirak ediblər.

Bu dərnəyin sədri Mustafa Sönmez Azərbaycanın Müstəqillik gününü təbrik edib O, çıxışında müstəqilliyin mənasından danışıb, türklərin hələ də birlikdə olmamasını xüsusi olaraq vurğulayıb. Dərnəyin sədri Sevinc Nemətova da bildirdi ki, yeni-yeni dərnəkləri açıb, ayrı-ayrı fəaliyyətlər göstərib, həmvətənləri ayırmaqdansa, bütün türklər birləşib birlikdə fəaliyyət göstərərək, çəkici bir zindana vurmalıdırlar.

Tədbirin sonunda Sevinc Nemətov iştirakçılara dərin təşəkkürünü bildirib. Daha sonar müzakirə çay, şirniyyat və meyvə süfrəsi ətrafında davam edib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR