SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Türkiyədə idmançıları daşıyan mikroavtobus qəzaya düşdü: 14 yaralı

22-10-2018, 16:50 | Oxunub: 174 |

Türkiyədə idmançıları daşıyan mikroavtobus qəzaya düşdü: 14 yaralı

Türkiyədə idmançıları daşıyan mikroavtobus qəzaya düşüb.

Emtv.az xəbər verir ki, qəza nəticəsində 14 nəfər ağır yaralanıb.

Mikroavtobusda Rizənin İyidərə qəsəbəsinin “Pazarspor” qadın həndbol komandasının üzvləri olublar. Hadisə gecə saatlarında Qaradəniz yolunda baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil sürüşərək qəzaya düşüb.

Bəzi idmançıların ayaqlarının sındığı bildirilir.

Qəza idmançılar Bodrumdan yarışdan geri dönərkən baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR