SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda avtobus sürücüsü ruhi xəstəni vurub öldürdü

20-10-2018, 13:05 | Oxunub: 70 |

Bakıda avtobus sürücüsü ruhi xəstəni vurub öldürdü

Bakıda marşrut avtobusu ruhi əsəb xəstəsini vuraraq öldürüb.

Emtv.az yerli KIV-ə istinadən xəbər verir ki, oktyabrın 19-u, saat 22 radələrində “İ-Qafqaz” MMC-yə məxsus 211 saylı marşrut xətti ilə hərəkət edən avtobus “Meyvəli” bazarının qarşısında piyadanı vurub və həmin şəxs hadisə yerində vəfat edib.

Araşdırma zamanı məlum olub ki, vəfat edən şəxs 1986-cı il təvəllüdlü, ruhi əsəb xəstəsi Süleyman Nəbiyevdir.

Hadisə zamanı qəzanı törədən sürücü 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlunun idarə etdiyi avtobusda sərnişin olmayıb. O, avtobusu qaraja aparırmış.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR