SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Rusiyada zavodda baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub

20-10-2018, 12:44 | Oxunub: 96 |

Rusiyada zavodda baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub

Rusiyanın Leninqrad vilayətində yerləşən “Avanqard” zavodunda dünən baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Emtv.az “360” telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində yaranmış dağıntıların 80%-i yığışdırılıb. Hadisə yerində iş davam etdirilir.

Rusiya FHN-in məlumatına görə, son dəqiqləşdirmələrə əsasən, partlayış nəticəsində 11 nəfər xəsarət alıb, onlardan 4 nəfəri həlak olub. Yerdə qalan yeddi nəfərdən ikisi xəstəxanada müalicə edilir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR